Şimali Azərbaycan


Azərbaycan və ya rəsmi Azərbaycan Respublikası
— Cənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran və Türkiyə ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, Türkiyə ilə qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib.



28 May - Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.

Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.


Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib

Azərbaycan Respublikasının coğrafiyası

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4488 m-ə Bazardüzü dağına qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Şabran, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi - Baş Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər Kəmçi dağı alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ - 3367 m), Murovdağ Gamışdağ - 3724 m, Qarabağ (Böyük Kirs - 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı - 3552 m, Dəlidağ - 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ - 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı - 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy - 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.

Əhali

2011-ci il iyul ayına olan rəsmi məlumata əsasən Azərbaycan əhalisinin sayı 9,165,000 nəfər olmuşdur. Əhalinin 53,1 %-ni (4,866,615 nəfər) şəhər, 46,9 %-ni (4,298,385 nəfər) isə kənd sakinləri təşkil edir. O cümlədən, əhalinin 51 %-ni (4,674,150 nəfər) qadınlar, 49 %-ni (4,490,850 nəfər) kişilər təşkil edir. 2010-cu ildə əhalinin artım göstəricisi 1,3 % olmuşdur.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 23 % 0-14 yaşda, 69 % 15-64 yaşda, 8 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

Ərazisi

Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir.

Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir.

Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.

İqtisadiyyat

10 iqtisadiyyat bölmələri

Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM). Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. Hazırda köhnə manat əskinasları tamamilə dövriyyədən çıxarılıb.

Azərbaycan Respublikasına aid son (31 dekabr 2010-cu ilə olan məlumata əsasən) göstəricilər[10] :
Əhalinin sayı : 9,111,100 nəfər .
Ümumi daxili məhsul : 41,574,700,000 manat və ya 51,799,900,000 ABŞ dolları .
Adambaşına ümumi daxili məhsul : 4653,3 manat və ya 5797,8 ABŞ dolları .

 
 
Tarixdən elelktron sual-cavab
Rəqəmlərin Roma rəqəmlərinə
çevrilməsi
 
Rəqəmi daxil et:
Roma reqemi :
Faydali linkler
 
Erməni terror təşkilatları

Azerbaycan Xalq Cumhurriyeti

Tarix portali

Tqdk

Milli təhsil portali

Təhsil nazirliyi

Elektron tehsil müsabiqəsi

Tarix portali
Elektron tarix testləri
 
 
Bugün 9 ziyaretçi (13 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol