Etno-siyasi birliklər

Aratta - Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Aratta tarixinə dair olan məlumatlar yarı-əfsanəvi xarakter daşıyır.


Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.

 

Kutilər erkən tayfa birliyi şəklində

E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub - Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer - İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda - “Manda ordusu” adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. ”Ummanmanda” və kuti hərbi dəstələrinin başında Enridavazir (e.ə.2225 - 2205) dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada Enridavazir “qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı” adlandırılmışdı.
Kuti dövlət qurumu haqqında

E.ə. III minilliyin ikinci yarısında Urmiya gölünün Qərb və Cənub Qərb torpaqlarında (Qərbi Azərbaycan) Kuti dövləti meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Bu dövlətin hökmdarlarının adları qaynaqlarda qorunub saxlanmışdır:
e.ə. təxminən 2225 — 2205-ci illər — Kuti hökmdarı Enridavazirin hakimiyyəti
e.ə. təxminən 2204 — 2198-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti
e.ə. təxminən 2198 — 2192-ci illər — Kuti hökmdarı İnqeşauşun hakimiyyəti
e.ə. təxminən 2191 — 2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti
e.ə. təxminən 2184 — 2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti
e.ə. təxminən 2177 — 2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti
e.ə. təxminən 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi
e.ə. təxminən 2135 — 2133 - cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti
e.ə. təxminən 2127 — 2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti
e.ə. təxminən 2120 — 2113 - cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti
e.ə. təxminən 2112 — 2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti
e.ə. 2109 - cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu


Akkad dövlətinin süqutu və kutilərin İkiçayarasında hakimiyyəti

Kuti tayfaları Naram-Suenin hakimiyyəti illərində Akkad dövlətini tez-tez narahat edirdilər. Kutilər ilə mübarizədə Akkada Elam hökmdarı Kutik-İnşuşinak (e.ə.2240 - 2220) yardım göstərirdi. Elam bu dövrdə Akkadla tarixdə məlum olan ilk beynəlxalq müqavilə bağlayır. Müqaviləyə uyğun olaraq Kutik-İnşuşinak Zaqroş dağları istiqamətində yürüş edir və Kutilərin ölkəsinə gəlib çatır. Bu müvəqqəti qələbə də kutilərin İkiçayarasına axınının qarşısını ala bilmir və onların Akkad dövlətinə təzyiqi getdikcə artır. Kuti hökmdarları İmta (e.ə.2204 - 2197) və İnqeşauşun (e.ə. 2198 - 2192) hakimiyyəti illərində kutilərin İkiçayarasına müdaxiləsi daha da güclənmişdi.

Qaynaqların məlumatına görə kutilərin İkiçayarasına basqınları mal-qaranın şəhərlərə gətirilməsinə maneələr törədir və çöl-əkin işlərinə maneə törədirdi. Naram-Suenin ölümündən sonra Akkad dövləti öz qüdrətini itirir. Hakimiyyətə gəlmiş Şarkalişarri (e.ə. 2200 - 2175) Kuti basqınlarının qarşısını almaq məqsədilə onlara qarşı yürüş təşkil edir. Bu zaman kutilərin hökmdarı Sarlaq (Sarlaqab) (e.ə. 2191 - 2185) idi. Kutilər ilə döyüş İkiçayarasında baş verir və kutilər bu döyüşdə məğlub olur. Sarlaq əsir düşür. Sarlaqın varisi Yarlaqaş (e.ə. 2184 - 2178) ola bilsin ki, Akkad dövlətinə təzyiqi daha da gücləndirmiş və Akkadın süqutuna şərait yaratmışdı. Onun varisi Elulumeş (e.ə. 2177 - 2171) İkiçayarasında baş vermiş daxili hərc mərclikdən istifadə edərək burada kutilərin hakimiyyətini bərqərar etdi. Qaynaqda göstərilir ki, ”hakimiyyət kuti tayfalarının əlinə keçdi” E.ə. 2175-ci ildə İkiçayarasında hakimiyyətə kutilər gəldi. Kutilərin İkiçayarasında təxminən 80 - 100 illik hakimiyyəti (müxtəlif tədqiqatçılar müxtəlif illər göstərirlər) zamanı onlara qarşı hər hansı bir narazılıq çıxışları olmamışdır. Yalnız sonuncu kuti hökmdarı Tirikanın adı ilə bağlı narazılıqlar qaynaqlarda əks olunmuşdur.

Kutilər İkiçayarasında mövcud olan idarə sistemini dəyişmədilər. Ölkəni canişinlər vasitəsilə idarə edirdilər. Kutilərə tabe olan şumer şəhər hakimləri ensi rütbəsi daşıyırdılar və müstəqil daxili siyasət yürüdürdülər. Yəqin ki, kuti hökmdarlarının İkiçayarasında da iqamətgahları vardı. İkiçayarasının şumer şəhərləri kuti hökmdarlarının şərəfinə gil kitabələr tərtib edirdilər. Kuti hökmdarı Laharabın (e.ə. 2135 - 2133) Sippar şəhərində akkad dilində yazısı aşkar edilmişdir .Kuti hökmdarları Yarlaqanda (e.ə.2120 - 2113) və Siumun (e.ə. 2112 - 2105) şərəfinə Umma şəhərində yazı tərtib olunmuşdur. Kuti hökmdarı Puzur-Suenin (e.ə. 2127 - 2120) möhürü üzərində Ur şəhərinin adı göstərilmişdir. Kutilərin hakimiyyəti bütün Ur şəhərini əhatə etmiş,Nippur, Sippar, Umma, Ur kimi şəhərlər isə onların dayaq məntəqələrinə çevrilmişdi.

Kutilərin uzunmüddətli hakimiyyət illərində İkiçayarasının iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Siumun vəfatından sonra kuti taxt-tacına Tirikan (e.ə. 2104) sahib oldu. Tirikanın İkiçayarasında hakimiyyəti cəmi 40 gün sürür. Uruk şəhərində ona qarşı üsyan təşkil olunur. Qiyama Uruk ensisi Utuhenqal başçılıq edir. Utuhenqala aid edilən kitabədə kutilərin ünvanına mənfi ifadələr işlədilmişdir. Kitabə kutiləri “dağların zəhərli ilanı”, ”tanrılara əl qaldıran”, ”şumer hakimiyyətini dağlara aparan”, ”arvadı ərindən, övladı valideyndən ayıran”, ”ölkədə ədavət və hiddət yayan” adamlar kimi qələmə verir. Lakin kutiləri ünvanına deyilən ittihamları təsdiq edəcək əlavə tarixi mənbələr qalmamışdır. Əksinə, kutilərin hakimiyyəti dövründə İkiçayarasında məbəd tikintisi və bərpası davam edir. Kuti hökmdarı Sium da özünü “Ur məbədinin əbədi işçisi” adlandırır.

Kutilərin hakimiyyəti dövründə Yuxarı dənizdən (Urmiya gölü) Aşağı dənizə (İran körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq bərpa olunmuş, İkiçayarasına xarici müdaxilə dayandırılmış və Urmiya gölü hövzəsi ilə sıx ticari əlaqələr yaradılmışdı. Şumer və akkad gəncləri Kuti qoşununa xidmətə cəlb olunurdular. Əgər kutilər şumerdə ədavət salan siyasət yürütsəydilər uzun müddət hakimiyyətdə qala bilməzdilər. Kutilər və Şumer arasında ənənəvi sülh və dostluq münasibətlərinin olması daha inandırıcı görünür. Məhz buna görə də İkiçayarasının Şumer hissəsi kutilərdən asılı olsa da müstəqil siyasət yürüdürdü.

Tarixçilərin bir qismi kutilərin ünvanına söylənilən fikirləri həqiqət kimi qəbul etmiş, digərləri isə bunu müstəqil Şumer dövləti bərpa ediləndən sonra şumerlərin təbliğat işi adlandırmışdır. İkiçayarası cəmiyyətinin ictimai-iqtisadi quruluşundan doğan mənfi hallar kutilərin adına çıxılmışdı.

Utuhenqal tanrı Enlilin adından Uruk əhalisini kuti hökmdarı Tirikana qarşı çıxmağa sövq edərək “Şumer padşahlığının qaytarılmasını Enlil mənə etibar etmişdir” ifadəsini işlədirmiş. Utuhenqal Tirikana qarşı döyüşə urukluların qüvvəsi ilə hazırlaşır. Muru yaxınlığında (Umma şəhərindən bir günlük məsafədə yerləşirdi) döyüş baş verir. Hücum qəflətən olduğundan Tirikan məğlub olur və Dubrum şəhərindəki iqamətgahına qaçır. Tirikan burada ailəsi ilə birgə əsir düşür. Mənbədə bu haqqda yazılır:

”Kutium hökmdarı Tirikan tək qaçdı. Sığınacaq tapdığı Dubrumda onu mehriban qarşıladılar. Dubrum əhalisi biləndə ki, Enlilin iradəsi ilə Utuhenqal hökmdar olmuşdur, Tirikanı buraxmadılar. Utuhenqalın göndərdiyi adamlar Tirikanı və onun ailəsini Dubrumda tutaraq əlini ağac buxova saldılar və gözlərini (?) bağladılar. Tirikanı Utuhenqalın yanına gətirərək onun ayaqları altına atdılar. Utuhenqal ayağını onun boğazına qoydu. O, belə alçaldıldı... və Kutium, dağların zəhərli ilanı onun ərazisindən uzaqlaşdırıldı...beləliklə...O, padşahlığı Şumerə qaytardı.”

Utuhenqal e.ə. 2104 - cü ildə kutilərin İkiçayarasındakı hakimiyyətini asanlıqla ləğv edə bildi, çünki kutilər İkiçayarasında çoxlu hərbi qüvvə saxlamırdılar. Maraqlıdır ki, Tirikan öldürülməmiş, yalnız ölkədən çıxarılmışdı. Tirikanın məğlubiyyətinin əks-sədası tarixdə uzun müddət qalmışdı. Selevkilər dövründə tərtib olunmuş bir sənəddə Tirikanın məğlubiyyəti onun üçün əlverişsiz təbbi əlamət-ayın tutulması ilə izah olunmuşdur. Kutilərin İkiçayarasında hakimiyyətinə son qoyulduqdan sonra Kuti hökmdarlığı özü də bir dövlət kimi süquta uğrayır və xırda-xırda hökmdarlıqlara parçalanır.
Mədəniyyət

Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılarla tərtib olunurdu. Onlar da ay, bərəkət və məhəbbət ilahələrinə sitaiş edir və kitabələrində bu ilahələrin ancaq akkad dilində olan adlarını ( Şin və İştar) göstərirdilər. Yəqin ki, bu dövrdə kuti panteonuna ilahə başçılıq edirdi. Məlumdur ki, tarixin sonrakı dövründə assurlar (aşşurlar) kuti və lulubi tanrılarını assur panteonuna daxil edirdilər. Ola bilsin ki, assur panteonunda adı çəkilən Assara kuti panteonuna daxil olan tanrılardan olmuşdur. Eyni ad kuti hökmdarı Aşşarlaqın adında da əks olunmuşdur.
 

Lullubi - tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu ittifaq Lulubi dövlətinə çevrildi.

Güney Azərbaycan ərazisindəki bu etnos e.ə. XXIII əsrə aid akkad mənblərində lulubum adlandırılır.İ.M.Dyakonova görə bu etnonim naməlum “lul” komponentindən və elamca əm bildiən “b” komponentindən ibarətdir.Məhz bu ehtimal lulubilərin tarixşünaslıqda uzun bir müddət Elamdilli və ya Kaspidilli olması fikrinə səbəb olmuşdur.İ.M.Dyakonov özü də bu fikrə tərəfdardır.Belə çıxır ki,akkadlar bu etnonimi elamlardan götürmüşlər.

Urartu mənbələrində isə “luli-in-a” düşmən ölkə anlamındadır.Lulubi etnonimi hürrilərdə lullu,urartularda lulu kimi işlənmişdir.Deməli “bi” şəkilçisi urartular və hürrilərə məlum deyildi.Q.A.Melikişviliyə görə,lulubi etnonim deyil,ona görə ki,hürricə lullu “içərisindən qul gətirilən dağlı”,urartuca “yadelli”,”düşmən” mənalarındadır.Lakin lulublərin (eləcə də kaspilərin) “-bi”-“-pi” şəkilçisinə görə elamdilli sayılması ağlabatn deyil və elmi obyektivlikdən uzaqdır.Bu şəkilçi qədim türk etnonimiyası üçün səciyyəvidir.Herodot skiflərdə aqrippi və traspi adlaı tayfaların adlarını çəkir.Mərkəzi Asiyada və Altayda erkən orta əsrlərdə barabi,nuşbisyanbi və tatabi adlı türkmənşəli tayfalar məlumdur.Q.Qeybullayev bu tayfaların adlarındakı “-bi”,”-pi” şəkilçisi ilə lulubi,subi və kaspi etnonimindəki “-bi”,”-pi” şəkilçilərini eyni sayır.

Ehtimal ki,lulubi etnonimi şumer dilində formalaşmış və onlardan da qonşu xalqlara (elamlar,akkadlar və s.) keçmişdir.Şumercə “be” cənab,hökmdar sözü qədim türkcə bi,biy (müasir türk dillərinin əksəriyyətində bəy formasında işlədilməkdədir.) sözü ilə eynidirsə,onda ümumiyyətlə lulubi,subi,kaspi və skif tayfalarının adlarındakı bənzər komponentlər türkmənşəli sayıla bilər.Beləliklə,akkad mənbələrində “lulube “adlandırılanların etnik adı müəyyən olunmasa da etnonimdəki “be” sözü göstərir ki,lulubilərin qonşluğunda dilində “be" sözü olan bir türk etnosu yaşayırdı.Başqa sözlə lullu adlanan etnosu bir qonşu türkmənşəli etnos (güman ki,şumerlər və ya kutilər) “lulube” və ya”lulubi” adlandırmış və belə şəkildə də akkadlara keçmişdir.Ehtimal ki,mənbələrdə lullu kii qeyd olunmuş bu etnosun adı Güney Azərbaycanda Lalandağ (Urmu bölgəsində),Leyla dağı (Səhənddə),Leylan və başqa toponimlərdə qalmışdır.

Lulubilərin etnik mənsubiyyəti ilə bağlı ümumi fikir belə idi ki,guya onlar Elammənşəli idilər.Lakin Y.Yusifov bu fikri təkzib etmiş və lulubilərin türk mənşəli olduqlarını söyləmişdir.O yazmışdır ki,Ön Asiyada türkmənşəli etnoslar e.ə. III minillikdən yaşayırdı.Bu fikrə haqq qazandıran bəzi faktları isə Q.Qeybullayev “Azərbaycan türklərinin təşəkkülü tarixindən” adlı kitabında vermişdir.

Lulubilərin hökmdar adları məlumdur.Lakin bu adlar semit mənşəli akkad dilində yazıldığına görə çox təhrif olunmuşdur.Həm də ki,lulubi hökmdarlarının adları əsasən teofor adlardır və bu adlarıdakı tanrı adları da bəzən akkad mənşəlidir.Məsələn:
Satuni-(e.ə.XXIII əsr).Lulubi hökmdarlarından birinin adı.Ehtimal ki,şumercə “sa”-ürək,”Utu”- günəş tanrısı və “ni”-verdi.mükafatlandırdısözlərindən ibarətdir.Ad “Utu tanrısı ürək verdi” mənasındadır.
İmaşkun-(e.ə.XIII əsr).Lulubilərdə bir hökmdarın adı.Ehtimal ki,şumercə “ama”-ana (güan ki,ilahə nəzərdə tutlur.) və akkadca ” işkun” ölçüb biçmişdir sözlərindəndir.
Lulubilərin öz dillərindən bizə yeganə “Kiur”-tanrı sözü çatmışdır.

İ.M.Dyakonov yazır ki,lulubilərin dilində kin,kinq sözü qala mənasında idi.O,bunu da qeyd edir ki,həmin mənada kin sözü kassilərin də dilində mövcud idi.Kin,Kinq sözünün həm lulubilərdə,həm də kassilərdə olması onların etnik cəhətdən qohumluğuna işarə edən faktdır.Diqqəti cəlb edən isə kin sözünün həm də kinq (türk dilləri üçün səciyyəvi olan “nq” qovuşuq səsi ilə) formasının mövcud olmasıdır.Qeyd etmək lazımdır ki,buryat-monqol dillərində çayın ildırımlı sahili,ildırımlı qaya anlamlarında “qanq” sözü vardır.Danışıqda qanq sözünün qınq-qinq şəklinə düşməsi mümkündür.Dağlıq Altayın toponimiyasnda kanq dik qalxmış dağ mənasındadır.Orxon türk yazılarında Kanq toponiminin adı çəkilir.Orta Asiyada Sırdəryanın sıldırım sahilində Kanq qalası və onunla əlaqədar Kanqa əyaləti eramızın əvvəllərindən məlumdur.Bu adı fars dilindəki “kan”- “qazımaq”(kanal sözü buradandır) sözü ilə bağlayan İranşünaslar səh edirlər.Kanal sözündən bu qədər toponimin törəməsi inandırıcı deyil.Qədim türk tayfalarından olan kəngərlər də öz adlarını Kanq toponimindən almışlar.(Q.Qeybullayev-Azərbaycan türklərinin təşəkkülü tarixindən)V.İ.Abayev osetin dilində qala mənasında “qanax” sözünü türkmənşəli hesab edir.
Mənbələrdə lulubilərin yalnız üç hökmdarı haqqında məlumat və onların adı qorunub saxlanmışdır.Bu hökmdarlar aşağıdakılardır:
e.ə. təxminən. 2230—2200-ci illər — Lullubi hökmdarı Satuni
e.ə. təxminən. 2220—2170-ci illər — Lullubi hökmdarı İmmaşqun
e.ə. təxminən. 2170—2150-ci illər — Lullubi hökmdarı Anubanini

Su tayfası - tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.

Miladdan öncə III-minilliyin sonunda çivli yazılarda Urmiya gölü bölgəsində “Su adamların ölkəsi” barədə də danişılır. Su tayfaları Miladdan əvvəl XXI-yüzilin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaçş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları m.ö 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər.

Qədim Mesopotomiya qaynaqlarında Su tayfa adı bir çox halda subar, subir, subi sozu ilə eyniləşdirilir. Hətta Assuriya charı II Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar verilir və bildirilir ki, “… Urartu insanlari Subi ölkəsinin əhalisini Mannalı adlandırırlar”. Bu isə öz növbəsində eradan əvvəl VIII əsrdə yaranmış Azərbaycan-Manna dövlətinin bu və ya digər mənada Su tayfaları ilə muəyyən etnik bağlılıqları olduğunu göstərməkdədir.
 

 
 
Tarixdən elelktron sual-cavab
Rəqəmlərin Roma rəqəmlərinə
çevrilməsi
 
Rəqəmi daxil et:
Roma reqemi :
Faydali linkler
 
Erməni terror təşkilatları

Azerbaycan Xalq Cumhurriyeti

Tarix portali

Tqdk

Milli təhsil portali

Təhsil nazirliyi

Elektron tehsil müsabiqəsi

Tarix portali
Elektron tarix testləri
 
 
Bugün 3 ziyaretçi (4 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol