|
|
 |
Qaraqoyunlular - Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkdilli tayfa birləşməsi.
Bayraqlarında qara qoyun şəkli olduğundan bu cür adlandırılırdılar. Mənşəcə oğuz tayfalarından olan Qaraqoyunlulara Baharlılar başçılıq edirdi. Əvvəlcə Van gölündən Cənubda məskunlaşmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan və Sivasda möhkəmləniblər.Ağqoyunlular, Teymurlular və Cəlairilərə qarşı mübarizə aparıblar. Qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanın da daxil olduğu Qaraqoyunlu dövlətini yaradıblar.
Azərbaycanın ərazisində də indi də Qaraqoyunlularla bağlı toponimlər var.
Qaraqoyunlu hökmdar sülaləsinin (1387-1468) banisi Bayram Xocadır. Hökmdarları:
Qara Yusif (1410-1420)
Qara İsgəndər (1421-1429; 1431-1436)
Əbu Səid (1429-1431)
Cahanşah Həqiqi (1437-1467)
Həsənəli (1467-1468).
Qarqoyunluların hakimiyyəti dövründə Teymurlular, Cəlairilər, Şirvanşahlar, Ağqoyunlular, Gürcüstanla müharibələr aparılmışdır. Qaraqoyunluların hakimiyyətinə Ağqoyunlular son qoymuşlar.
Qaraqoyunlu Qara Yusif 1406-cı ildə Naxçıvan və 1408-ci ildə isə Sərdrud döyüşlərində Teymuri Əbu Bəkri məğlub edərək Teymurluların Azərbaycandakı ağalığına son qoydu. 1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil oldu.
Qara Yusif döyüşdə
Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar. 1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında "Qaraman əsgərləri" yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı.
1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Aran Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Yar Əhməd Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu . 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qaraköpəktəpədə (hazırda Füzuli şəhərinin şimal-şərqində yerləşir) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi
Qara Yusif Əmir Teymurun oğlu Şahruxa qarşı yürüşlərdə Güney Azərbaycanda Uçan şəhəri yaxınlığında vəfat edib. |
|
 |
|
|
|
|