|
|
 |
Cənubi Azərbaycan və ya Güney Azərbaycan - tarixi Azərbaycanın, müasir İranın şimal-qərbində yerləşən bölgəsi.

Coğrafiya
Güney Azərbaycan əyalətləri və bölgələri
Güney Azərbaycanın inzibati bölgələri
Azərbaycan Respublikası ilə sərhəddi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadıği bölgə sayılır (təxminən 30 milyon nəfər).
Cənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:
Qərbi Azərbaycan ostanı: mərkəzi Urmiya şəhəri
Şərqi Azərbaycan ostanı: mərkəzi Təbriz şəhəri
Ərdəbil ostanı: mərkəzi Ərdəbil şəhəri
Zəncan ostanı: mərkəzi Zəncan şəhəri
Qəzvin ostanı: mərkəzi Qəzvin şəhəri
Gilan ostanı (qismən): mərkəzi Rəşt şəhəri
Həmədan ostanı (ərazisinin 3/4-ü): mərkəzi Həmədan şəhəri
Kürdüstan ostanı (qismən): mərkəzi Sənəndəc şəhəri
Mərkəzi ostanı (qismən): mərkəzi Ərak şəhəri
Qum ostanı: mərkəzi Qum şəhəri
Kirmanşah ostanının Sonqur şəhəri də tarixi Azərbaycan ərzilərinə daxildir.
Tehran ostanı: mərkəzi Tehran şəhəri, dünyananın ən böyük azərbaycanlılar yaşayan və ikinci ən böyük türk xalqları yaşayan şəhəri.

Güney Azərbaycanda yaşayanlar əsasən Azərbaycan türkləridirlər.
Tarixi
Azərbaycan torpaqlarında ilk insanlar və xalqlar
Miladdan 4-min il öncədən başlayaraq, orta asiyadan dərbənd və daryal keçidlərilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan(Şimali və cənubi), zaqros Dağ şərqi və qərbi ətəkləri və ümumiyyətlə iranın qərb ərazisindən keçərkən,onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar.
Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar.
Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan (şimali və cənubi), Həmədan,Qum,Qəzvin,Zəncan,Təxti Süleyman araları yerləridə bu müxtəlif iltisaqi dilli ellər, soylar və qəbilələrin yurd salaraq qaldığı yerlər olmuşdur.
Bu gələn köçərilər etnik baxımından yaxın olmuş yerli əhali ilə qarışıb Kuti, Lulubi, Hurri,Manna,Matiyin,Kassilər,urartu,Saspir,Kaspilər,Alban,Məskut,salk,İşğur... toplumları və kütlələrini yaratmışlar ki, onların bəzi si zaman keçib Artdıqca, yaşadıqları ərazidə bəlli mədəniyyət və hakimiyyət qurmuşlar.
Bilavasitə Azərbaycan ərazisi və oranın cənub və cənub şərqində yerləşən HƏmədan torpaqlarında M.Ö 3-min illikdə formalaşan və tarixdə tanınmış ilk xalqlar Kuti və Lulubilər olmuşlar. qutti və lullubi xalqları şimaldan kaspilər, saspilər, şimal qərbdən hurrilər və mannalar, cənub və cənub qərbdə kassilər və onların vasitəsi ilə və bilavasitə ilamlarla əlaqədə olmuş və onların, habelə Şumer və Əkkedilərin qurduğu mədəniyyətlə tanış olaraq onlardan etgilənmişlər.
Kuti-Lulubilər bu gün iran türklərinin yaşadığı bitişik ərazinin ən cənub bölgəsində, həmədan-əsədabad, qum, qəzvin, zəncan ,marağa, təxti sülyman arasındaki ərazidə və azərbaycanda yaşamışlar.demək, göstərdiyimiz bu ərazini əhalisinin bu gun Türk olması olduqca qədim tarixə malikdir, daha doğrusu bu yerlərin sakinləri tarixə məlum ilk çağlardan iltisaqi dilli- əski türk, olmuş, həmdə azərbaycan və həmədan ərazisində ilk mədəniyyət qurmuşlar.
Bu mədəniyyət hind-avropalı xalqların məntəqəmizə gəlməsindən təqribən 1500-2000 il öncə olmuşdur.
Güney Azərbaycanın maarif və mədəniyyəti
Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirmişdir.
Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən hər yerdə şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunmuşdur, o, öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətayi tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus "incəsənət akademiyası" idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər. İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşqul durdular. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikmişlər. Pəhləvi recimi dövründə Güney Azərbaycanda incəsənətin heykəltaraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib. Məsələn, Təbriz milli parkında olan "Şah gölü" (El gölü)ndəki aşıq abidəsi götürülmüşdür.
Azərbaycan türkcəsi
Güney Azərbaycan bayrağı
Azərbaycanlılar Azərbaycan türkcəsində danışmaqdadırlar.1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və "Tərbiyət kitabxanası" Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.
Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 80-ci illərdə radio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yanlız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.
|
|
 |
|
|
|
|